İlahi, Azərbaycanı
kimlər idarə edir!?
Müasir
dünyada diktaturanın hökm sürdüyü ölkələr hələ ki
çoxdur. Təbiidir ki, bu ölkələri diktator təkbaşına
idarə etmir, irili xırdalı dövlət
vəzifələrində müxtəlif insanlar çalışır.
Elə diktatorlar var ki, ölkədəki ən qabiliyyətli
adamları öz komandasına toplayıb nümunəvi hökumət
təşkil edir, bununla da müxalif qüvvələrin ən böyük
silahını müvəffəqiyyətli idarəçilik müddəasını
onların əlindən almış olur. Belə diktaturalara
Kənan Evren dövrü Türkiyəsini, Pinoçet dövrü Çilisini,
Pərviz Müşərrəf iqtidarını, Malayziyada,
Bruneydə mövcud olan siyasi sistemi nümunə göstərmək
olar.
Azərbaycanda
da 14 ildir ki, diktatura rejimi mövcuddur. Heydər Əliyev dövlət
başçısı olduğu zaman özünün kifayət qədər
dərin bilik və qabiliyyətindən yararlanaraq az-çox
funksional bir komanda yaratmışdı və bir sıra
vəzifələrə həqiqətən professional insanları
yerləşdirmişdi. Düzdür, bu insanların böyük
əksəriyyəti çox çəkmədən diktatorun
əməllərinin məsuliyyətini daşımamaq üçün
komandadan uzaqlaşdılar.
Hakimiyyət
estafeti oğul Əliyevə ötürüldükdən sonra gənc
diktator atasının miras qoyduğu komandanı qoruyub-saxlamaqla
iqtidarına professionallıq görüntüsü verməyə çalışdı.
Və əsas fiqurlar bu günə qədər də postlarındadırlar.
Amma gec-tez KQB generalı ilə fərarinin fərqi üzə çıxmalıdır...
Bu
gün Azərbaycan Respublikasının dövlət orqanlarında
kimlər çalışır? Bu adamların bilik və bacarığı
nə dərəcədədir? Bunların səviyyəsini bu
gün uçan binalar, partlayan, yanan obyektlər, məhv eilən tarixi
abidələrimiz bütün çılpaqlığı ilə göstərir.
Ayna
qəzetinin 4 sentyabr tarixli sayında çap olunmuş
Təxribatın yeni hədəfiİ adlı
məqalədə oxuyuram:
Məsələyə
münasibət bildirən Azərbaycan Xarici İşlər
Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim
isə avarlar adından səslənmiş bəyanatı
təxribat adlandırıb: "Ermənistan özlərini elm
adamı adlandıran müxtəlif şəxslərin
vasitəsilə Azərbaycana növbəti ərazi iddiaları
irəli sürməyə çalışır. Beynəlxalq
ictimaiyyət və region ölkələri bunu nəzərə
almalıdır. Mən ümid etmək istərdim ki, Ermənistan
tərəfi Qafqaz Albaniyasının tarixini öyrənəndən
sonra bu günə kimi irəli sürdüyü bütün iddiaların boş
bir şey olduğunu dərk edəcək".
Xəzər İbrahim
Nəzərinizə çatdırım ki, söhbət bu günlərdə
Yerevanda keçirilən və Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə
həsr olunmuş beynəlxalq simpoziumdan gedir.
Vəzifəsinə test üsulu ilə haqq qazanan (Xarici
İşlər nazirliyi işçiləri test üsulu ilə seçdiyini
iddia edir) Xəzər bəy Simpoziuma yığışmış
bu qədər görkəmli alimin alimliyini şübhə altına
alır. Sonra da ümid edir ki, Ermənistan tərəfi Qafqaz
Albaniyasının tarixini öyrənəndən sonra... Nə
qədər sadəlöhv və savadsiz olmaq lazımdır ki,
Ermənistan tərəfinin Qafqaz Albaniyasının tarixini
bilmədiyini və öyrənəndən sonra öz iddialarından
əl çəkəcəyini söyləyəsən? İlahi,
Azərbaycanı kimlər idarə edir!? Bu insanın görəsən
heç tarixdən və tarixşünaslıqdan səthi də olsa
xəbəri varmı? Xəbəri olsaydı bilərdi ki,
ermənilər 1000 ilə yaxındır ki, Qafqaz Albaniyasının
tarixini öyrənir və saxtalaşdırırlar. Qafqaz Albaniyasının
tarixi üzrə ən sanballı və o qədər də
riyakar olan əsərlər məhz erməni tarixçiləri
tərəfindən yazılmışdır. Qafqaz Albaniyasının
tarixinə aid olan və ermənilərə sərf edən
ən qiymətli arxiv sənədləri Matanadaranda saxlanılır.
Sərf etməyən sənədlər isə çoxdan erməni
tarixçiləri tərəfindən öyrənilib və məhv
edilib. Və bu məhvetmə prosesi bu gün də Qarabağda
davam edir.
Qayıdaq Simpoziuma. Simpoziumun adı elmi olsa da
mahiyyəti siyasidir. Ora yığışan alimlər də
hara, nə üçün gəldiklərini yaxşı bilirlər.
Sadəcə, onlar bizim bir-çox alimimizdən fərqli olaraq
həm də vətənpərvərdirlər. Bəziləri
isə daha çox vətənpərvərdirlər, nəinki alim.
Və hamısı türk düşmənidirlər. Bu şərtləri
nəzərə alaraq, anlamaq lazımdır ki,
ermənilərin bütün əməlləri kimi bu da təxribatdır
və Qarabağın işğalını elmi surətdə
əsaslandırmağa yönəlmişdir. Bu gedişlə onlar
Qarabağın əzəldən erməninin ana vətəni
olduğuna bütün dünyanı inandıracaqlar. Və bu işdə
onlara görkəmli sənətkarımız, Azərbaycanın
Rusiyadakı səfiri, əslən Qarabağlı olan Polad Bülbüloğlu
da yaxından kömək edəcək. Ermənilər həmişə
burda yaşamışdır, bundan sonra da yaşayacaqlar sözləri
məhz P. Bülbüloğluna məxsusdur. Tarixdən orta
məktəb səviyyəsində xəbərdar olan adam Qarabağı
nəzərdə tutaraq bu sözləri deyərdimi? Yoxsa Polad müəllim
elə bilir ki, bəşəriyyətin 150 il tarixi var?
Azərbaycan tərəfi Xəzər bəy, P. Bülbüloğlu
kimi diplomatları, Ramiz Mehdiyev kimi akademikləri ilə
erməni ekspansiyasının qarşısını almağa
nə maraqlıdır, nə qadirdir. Atalarımızın qızıl
kimi sözü var, deyir donuza çıx! deməklə donuz
bostandan çıxmaz. Donuzun qulağından tutub çıxarmaq lazımdır.
Bu vəzifə isə bizim, azərbaycanın milli-demokratik qüvvələrinin
üzərinə düşür. Bir gün bu işi görəcəyimizə
heç kimin şübhəsi olmasın.
Mübariz S. Əzimli