37-ci ilin repressiyalarından 71 il ötür

37-ci ilin repressiyalarından 71 il ötür
20 min nəfər güllələnib, 200 min nəfər sürgün edilib, 150 min nəfər isə Qazaxıstan çöllərində ölüb

Oktyabr ayı Azərbaycanın tarixində repressiya ayı kimi anılır. 71 il öncə - 1937-ci ilin oktyabrında Azərbaycanın tanınmış ziyalılarının məhvi ilə rəsmi şəkildə repressiyalara başlanılıb.
Rəsmi məlumatlara görə, ümumilikdə 3 milyon 770 min nəfər Stalin repressiyasının qurbanı olub. Onlardan təxminən 500 mini güllələnib, digərləri isə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Qətllər 1937-ci ildə yaradılmış üçlüyün - hərbi kollegiyanın səyyar sessiyalarının qərarları əsasında həyata keçirilirdi. 15 dəqiqə ərzində dövlət ittihamçısı, vəkil, hətta müqəssirin iştirakı olmadan ölüm hökmü çıxarılırdı.
Azərbaycan 37-ci il repressiyalarından ən çox zərər çəkən respublikalar sırasındadır. Həmin dövrdə Azərbaycanda 20 mindən çox adam güllələnib, 200 mindən çox insan isə sürgün edilib. Repressiya illərində təkcə Qazaxıstanda həlak olan azərbaycanlıların sayı 150 min nəfərdir. Onlardan 28 mini məhkəmə və istintaq olmadan güllələnib