Mühəndis
Qulamrza Əmani, qardaşı və daha iki nəfər şəxs
ETTELAAT tərəfindən yol qəzasına salındı
QayNar: Güney
Azərbaycanın azadlığı və soydaşlarımızın
hüquqları uğrunda ən fəal mübarizlərdən biri 35
yaşlı Qulamrza Əmani bu gün Təbriz-Əhər
istiqamətində yol qəzasına düşərək dünyasını
dəyişib. Bu barədə "Qaynar.info"- ya məlumat
verən Güneydəki mənbələrimizin bildirdiyinə görə,
qəza zamanı maşında Əmaninin yanında qardaşı
və daha iki nəfər də olub. Qəzanın ETTELAAT qüvvələri
tərəfindən törədildiyi ehtimal olunur.
Qeyd edək ki, Q.Əmani gənc yaşlarında apardığı
mübarizəyə görə, 5 il həbs cəzası almış
və həbsxanada işgəncələrə məruz qalıb.
Onun Milli Hərəkatda çox uğurlu işlərə imza atdığı
bildirilir. // T.İsmayılov, QayNar