Məlum olub ki, hadisə Daxili Qoşunların Hacıqabul
şəhərində yerləşən hərbi
hissəsində baş verib.
Daxili Qoşunların Mətbuat Xidmətindən onu da
bildiriblər ki, faktla bağlı cinayət işi açılıb
və istintaq aparılır. Hərbi hissə komandiri və
onun müavini tutduqları vəzifədən azad edilib. «Bu
hadisə Daxili Qoşunların nüfuzuna zərbə olub», -
deyə Mətbuat Xidmətinin nümayəndəsi bildirib.
Əsgərlərin döyülməsinə dair video-çəkiliş
oktyabrın 4-də internetdə yayılıb. Qeyri-rəsmi
məlumatlara görə, ölkə rəhbərliyi hadisənin araşdırılması
və günahkarların cəzalandırılması haqda göstəriş
verib. /Turan/