«Freedom House»un
bəyanatında deyilir ki, müxalifətin boykotu ilə keçən
səsvermədə İlham Əliyev 88 faizdən çox səs
toplayıb. Bu da bir sıra əsas azadlıqlar baxımından
son beş ildə ölkədəki tənəzzülü nümayiş
etdirir.
«Oyun meydançasının belə qərəzli olduğu ölkədə
hətta ən yaxşı seçki prosesi – hərçənd, biz
bunu Azərbaycanda görmədik - mənasızdır». Bunu «Freedom
House»un Orta Asiya üzrə baş proqram direktoru Ceff Qoldşteyn
bildirib.
«Freedom House»un direktoru Kristofer Uolker isə deyib ki, «müstəqil
səslər susdurulduğu halda, bu seçkilərin ATƏT-in
dediyi kimi, nəzərəçarpan irəliləyiş olmasını
söyləmək şişirtmə olardı».
Sənəddə deyilir ki, Azərbaycandakı seçkilər
Cənubi Qafqazdakı «narahat seçkilər» silsiləsinin davamıdır.
Həm Ermənistan, həm də Gürcüstanda bu il seçkilər
olub və heç birində seçkilər beynəlxalq standartlara cavab
verməyib.