Dünən xaricdə yaşayan
həmvətənlərimiz də prezident seçkilərində
iştirak etdilər. Əgər buna iştirak demək
olarsa... Söhbət ondan gedir ki, MSK iki milyona yaxın
Azərbaycan vətəndaşının çalışdığı
Rusiya Federasiyası da daxil olmaqla, 32 ölkədəki
səfirliklərimizə cəmi 10 min bülleten göndərib.
Təkcə Moskva şəhərində 700 minə
yaxın azərbaycanlı yaşayır. Bizdə olan
məlumata görə, Azərbaycanın Rusiyadakı
səfirliyində cəmi 7 min adamın səs
verməsinə imkan var. Yəni Moskvaya bu qədər bülleten
göndərilib. Bu isə o deməkdir ki, yüz
nəfərə bir bülleten düşür.
Bu barədə dünən əməkdaşımıza
Moskvadakı mənbəmiz xəbər verir.
Mənbənin dediyinə görə, o, dünən yerli
vaxtla saat 12 radələrində Moskvadakı
səfirliyimizin ətrafında müşahidə aparıb.
Bir saat ərzində tək-tük şəxslərin
səfirliyin binasına daxil olduğunun şahidi
oldum, deyə mənbə bildirib.
İndilikdə isə bizi bir məsələ maraqlandırır.
Görəsən, Rusiyada çalışan iki milyon
Azərbaycan insanının yerinə Azərbaycanda kim
və necə səs verib?
SƏBUHİ