89,04 FAİZ. İLHAM ƏLİYEV RƏQİBLƏRİNİ ÇOX GERİDƏ QOYUR
2008-10-16 - 10:08:00


Seçkilər İnformasiya Mərkəzinin saytı oktyabrın 15-i Azərbaycanda keçirilmiş prezident seçkisində seçicilərin 75,64 faizinin iştirak etdiyini xəbər verir. Mərkəzi Seçki Komissiyasının 5359 seçki məntəqəsinin 3727-dən aldığı hesabatlara görə, prezidentliyə 7 namizəd arasında səs bölgüsü belədir:

Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev - 89,04 faiz

Ümid Partiyasının namizədi İqbal Ağazadə - 2,78 faiz

Böyük Quruluş Partiyasının namizədi Fazil Qəzənfəroğlu - 2,40 faiz

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 2,22 faiz

Müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,18 faiz

Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev - 0,74 faiz

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev - 0,61 faiz.



«Media forum»