![]() |
|
Emin Fətullayev |
Onun sözlərinə görə, təzyiqlər barədə ictimaiyyətə açıqlama verməməsinin səbəbi oğlunun daha çox incidilməsi qorxusu olub: «İçəridədir axı, onu lap çox inrcidə bilərlər, biz bunu istəmirdik. 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Aftandil Azayevdən Penitensiar Xidmətə şikayət etmişdim».
Oğlunun rəisin pis münasibətiylə qarşılaşdığını deyən Emin Fətullayev baş redaktorun heç bir məhkumla mübahisə etmədiyini vurğulayıb: «Eynullanın heç kimlə heç bir işi yoxdur. Yalnız kitab oxumaqla məşğuldur. O, çöldə nələr baş verməsindən də xəbərsizdir. Bir həftəyə 400-500 səhifəlik kitabı oxuyub qurtarır. Bəlkə də bir kitabxananın kitabını oxuyub. Orada cürbəcür cinayətlər törətmiş adamlar var, Eynullanın onların heç biri ilə əlaqəsi yoxdur. Mübahisə etdiyi deyilən məhkumda da nəsə çatışmazlıq var. Eynullaya deyib ki, mənə niyə elə baxırsan? Eynulla da qayıdıb ki, nə cür baxıram, nəsə pis bir şey hiss etdimsə, üzr istəməyə hazıram. Elə aralarında bu söz olub, tutub karserə salıblar».
Seçki öncəsi belə bir hadisəni həm ölkə, həm Penitensiar Xidmət üçün yaxşı fakt olmadığını vurğulayan E.Fətullayev oğlunun hansı səbəbdən karserə salınmasını başa düşmədiyini deyib: «Eynulla orada adi bir dustaqdır, seçki ilə bağlı həbsxanada nə edə bilər ki?! Mən belə fikirləşirəm ki, özləri onu seçkiqabağı karserə salıblar. Ona 5 gün veriblər, yalnız seçkinin səhəri günü buraxılacaq».
E.Fətullayev oğlunun karserə salınması xəbərini eşidən kimi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə, hüquq müdafiəçisi Elçin Behbudovla telefon əlaqəsi saxladığını deyib: «Məndən əvvəl Herkellə Arzu Abdullayeva da danışıbmış. Eyni zamanda vəkil İsaxan Aşurov da onunla əlaqə saxladı. Arzu xanım Avropa Şurasının insan haqları komissarı Tomas Hammerberqi də bu hadisə ilə bağlı məlumatlandırıb».
E.Fətullayev istisna etməyib ki, oğluna
təzyiqlər Avropa İnsan Haqları Məhkəməsinin
2009-cu ildə baş redaktorun işiylə bağlı
qərar çıxarması ehtimalı ilə bağlıdır:
«Ola bilər ki, cəzaçəkmə müəssisəsində
onun tezliklə azadlığa çıxacağını
fikirləşsinlər və bir nəfəri öyrədib üstünə
salsınlar. Amma yenə də deyirəm ki, Eynulla orada çox
sakitdir. İnsanı nə qədər incidərlər,
belə olmaz axı...»
Bu gün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsində
«Media forum» saytına deyiblər ki, baş redaktor başqa bir
məhbusla mübahisə etdiyinə görə oktyabrın 11-də
5 gün müddətinə karserə salınıb. Şöbə
əməkdaşının verdiyi məlumata görə, daxili
nizam-intizam qaydalarını pozduğundan digər məhbus da
cəzalandırılıb.
«Media forum»