
Qrupun 20 gün ərzində 40 min nüsxədən artıq CD-nin satılması İran rejimini qəzəbləndirib
QayNar: İranın Qum şəhərində
mədəni fəaliyyət göstərən bir qrup
azərbaycanlı musiqiçi həbs olunub.
Yerli mənbələrdən "Qaynar.info"-ya verilən
məlumata görə, ETTELAAT qüvvələri 13 nəfərlik Aşıq
qurupunu həbs edib.
Belə ki, bu Aşıq qurupu 40 gün əvvəl "Əşayir"
studiyada Azərbaycan mahnılarından ibarət iki CD buraxıblar.
Bu CD-lər 20 gün ərzində 40 mindən çox satılıb
və Qum şəhərində böyük rezonansla qarşılanıb.
Elə buna görə də ETTELAAT qüvvələri bundan
əsəbləşib və bütün qurupu həbs edib.
Xatirladaq ki, xəbər bu gün yayılsa da qrup üzvləri
sentyabrın 23-də həbs edilib və bu günə kimi də
harada saxlandıqlarıyla bağlı məlumat yoxdur.
Həbs olunanların adlarınıtəqdimedirik:
1- Aşıq Əkbər Qulamı
2- Aşıq Mehdi Sədri
3- Aşıq Məhəmməd Səhrayi
4- Aşıq Huseyin Həqiqi
5- Aşıq Eynullah Əzizi
6- Həsən Yavər Qərənli
7- Aşıq Əbbas Zənd
8- Əmir Qərənli
9- Əli Qərənli
10- Huseyin Kərimi
11- Məcid Mehdilu
12- Məhəmmədrza Ruhita
13- Həsən Əbbasi
// T.İsmayılov, QayNar