Mübariz S.Əzimli

Madam Pompadur-2

«Bizim ledi» kilsəsi

"Madam Pompadur" adlı birinci yazımda qeyd etdiyim kimi, bu xanım çox əliaçıq olmuş, Fransada elm, incəsənət sahələrinə, ayrı-ayrı sənətkarlara yardım etmişdir. Bu pulları o hansı yolla, nəyin hesabına qazanırdı, bu, artıq başqa mövzudur. Pulu-paranı necə qazanıb, hara xərcləmək hər kəsin şəxsi işidir. Bizə dəxli yoxdur.

Amma bizə dəxli olan bəzi işlər var. Məsələn, APA xəbərsizləşdirmə agentliyinin (ifadə Ş.Çobanoğlunundur) yaydığı xəbərə görə, "Heydər Əliyev fondu Strasburqdakı kilsələrdən birinə, «Bizim ledi» kilsəsinə ianə verib. Bu münasibətlə kilsədə xüsusi mərasim keçirilib. Fondun İctimai Əlaqələr departameninin sədri, Avropa Şurasının Parlament Assembeliyasının Azərbaycanlı delegasiyasının üzvü Qənirə Paşayeva 40 min avroluq çeki kilsə yepiskopu Kristian Kratz-a təqdim edib. Kristian Kratz, Strasburq meri Ronald Ries və digər rəsmilər bu addıma görə fondun prezidenti Mehriban Əliyevaya təşəkkür etmişlər. Onlar qeyd ediblər ki, Azərbaycan mədəniyyətlər və dinlər arası dilaoqa töhfə verib və deyiblər ki, bu fond Versal parkının təmirində də iştirak edib. İanənin kilsənin iki böyük pəncərəsinin təmirinə istifadə ediləcəyi bildirilib."

Bir müddətdir yazmırdım. Vaxt olmur. Dizüstü yaza bilmirəm. Yazmaq üçün gərək sakit şəraitdə 3-4 saat çalışam. O da müşkül olur. Amma APA-nın bu xəbəri səbr kasamı daşırdı.

Həmişəki kimi yenə də Vətəndən əcaib xəbərlər gəlir. Biri Neft Akademiyasına girib tələbə-müəllim, qoca-cavan demədən qarşısına çıxan hər kəsi öldürür, o biri yas əvəzinə "gül bayramı" keçirir, biriləri bu həyasızlığa etiraz edən müsavatçı gəncləri həbs edir, döyür, ölümlə hədələyir, başqa biriləri Neft Daşlarından tutmuş Yeni Günəşliyə qədər harda məscid görür, sökür, başqa birisi hörmətsiz mollalarımızı (Zatən onlar Azərbaycanda heç vaxt hörmətli olmayıblar. Ta Nəsiminin vaxtından bu günə qədər həmişə üzü tüpürcəkli olublar) bir sinif kimi sıradan çıxarır, başqa birisi kod adı QHT olan qrantoyedlərimizi. Bu yandan da rəşadətli ordumuzun qəhrəman əskər və zabitləri gah bir-birini qırır, gah da günün günorta, havanın xoş vaxtında 200-nün mədəsinə dirdən-birə soyuq dəyir... İlham Əliyev də bu basabasda eləmir tənbəllik, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi haqqında sərəncam" imzalayır və bu ad altında mənimsənilmək üçün 13 milyon manat məbləğində vəsait ayırır. Bu yerdə mənim yadıma düşür ki, hansısa dövlətin başçısı 6 ay öncə xalqı yeni il münasibəti ilə təbrik edirdi və bəyan edirdi ki, biz Qarabağ məsələsindən başqa bütün problemləri həll etmişik. Bir ay öncə yenə o, Brüsseldə elan etdi ki, "hal-hazırda biz respublikada yoxsulluq, işsizlik problemləri ilə məşğuluq, demokratiya söhbətləri ancaq bu problemlər həll olunduqdan sonra (oxu heç vaxt) gündəmə gələ bilər". Yaddaşı olmayan yalançıya mənim balaca beynimdə böyük suallar yaranır. Analoqu olmayan inkişafdan, məktəb tikintisinə ayrılan milyonlardan sonra yenə qəza vəziyyətində olan nə qədər məktəb var ki, bu problemi həll etmək üçün prezident fərman verib, pul ayırır? Əgər həqiqətən azərbaycan məktəbləri qəza vəziyyətindədirsə, bəs bizim Madam Pompadur nə haqla bu millətin pullarını Avropanın zəngin ölkələrinə yardıma yönəldib? Hamam suyu ilə dost tutur, yoxsa ərköyünlük edir? Kimin qarşısında? Bu, həmin Avropadır ki, istəsə sizin Əliyevlər-Paşayevlər nəslini pulla alar. Kimə özünüzü göstərirsiz, ay görməmişlər?! Həmin o Kristian, Ronald və digərləri o kilsəni təmir edəcək, sonra da sizin, yox bizim pulumuzla təmir olunan pəncərədən öz məscidlərini söküb, Avropanın kilsələrini təmir edən Azərbaycanın düşdüyü günə baxıb güləcəklər. Necə ki, gülürlər.

Stokholm

23.06.09

 

Müəllifin başqa yazıları:

- Yalan

- Azərbaycan xalqı, sən kimsən?

- Osmanlıcadan türkcəyə tərcüməni bilməm... 

- Təkliflərim qəbul olundu

- MTN-nin İranın Nardaran qəsəbəsindəki şöbəsi

- Vətən sevgisi imandandır

- Qərb yaltaqlığı

- Mən də prezidentə təşəkkür etmək istəyirəm

- Madam Pompadur

- Aktual yuxu və ya ilahi xəbərdarlıq

- Dəvənin boynunun əyriliyi

- Əxlaqın qiyməti

- İlham Əliyev çox insaflı və gözütox imiş

- Seçmək və seçilmək mədəniyyəti

- 12-ci sinfin azərbaycan dili dərsi

- Ortada qalan Azərbaycan

- 3 milyon dollar və 3 "at"

- İsveçdə sanitara gülmürlər

- O olmasın, bu olsun!

- MƏĞRUR QƏRAR

- Davam edir...

- Azərbaycan siyasətində yeni - Avropa amili

- Rəzalət

- İBRƏT

- 20 Yanvar və şəhidlərin qanından pul qazananlar

- İlahi, Azərbaycanı kimlər  idarə edir!?

- İqtidarın “dava-dava” oyunu bizə nə vəd edir?

- Milli birliyimizə problem yaradanlar

 

ANA SƏHIFƏYƏ DÖN