Mübariz S. Əzimli
Yalan
Rəvayətə
görə islah olunmaz bir yaramazın əməllərindən
cana doyan xalq Peyğəmbərdən bu işə əlac etməsini
xahiş edir və Peyğəmbər həmin adamı çağırıb,
onun qarşısına cəmi bir şərt qoyur - bundan sonra
yalan danışmayacaqsan. Bu qədər yüngül bir cəza ilə
qurtulduğuna sevinən adam çox keçmədən aldığı
cəzanın onun üçün nə qədər ağır
olduğunu anlayır. Anlayır ki, yalan danışmadan heç bir
bəd əməl törədib cəzadan qurtulmaq mümkün deyil. Və
beləliklə o, islah olur.
Ümumiyyətlə yalan insan psixologiyasının təbii ünsürüdür. Yalanın müxtəlif formaları var. Məsələn, nağıl da yalandır. Şifahi xalq ədəbiyyatını, uşaq ədəbiyyatını yalanlarsız təsəvvür etmək mümkün deyil. Bütün bəşər övladı kimi, azərbaycan xalqı da yalan da danışıb, nağıl da. Amma qırx ildir Azərbaycana yiyələnmiş tayfanın "ulu öndəri" yalanı bu ölkədə həyat normasına çevirdi. Və bu işdə şəxsi nümunə göstərdi. Bildiyiniz kimi onun doğulduğu gün də, öldüyü gün də, doğulduğu yer də, öldüyü yer də yalan idi. Bütün həyatı yalan üzərində qurulmuşdu. Qurduğu iqtidarın da təməlini yalan təşkil edirdi. O, bu xalqa yalanı həyat norması, dolanışıq vasitəsi kimi zorla qəbul etdirdi. Hamını özü kimi yalan danışmağa məcbur etməyə çalışdı və bu yolda böyük nəticələr əldə etdi. İndi doğma vətənimizdə dövlət başçısı da daxil olmaqla, dövlət məmurlarının 100 %-i , elektron mətbuatın 99%-i, medianın 95%-i hər gün, hər saat yalan danışır. İndi bu ölkədə bağça müəllimindən tutmuş, konstitusiya məhkəməsinin hakiminə qədər hamı yalan danışır, yalan danışmağa məcburdur. Bu yalançı rejim Məzahir Pənahov, Əli Əhmədov, Siyavuş Novruzov kimi yalan maşınları yaradıb. Bu nəfəsi yalanla gedib-gələn adamların başçılığı ilə Azərbaycan insanını doğum evindən qəbr evinə qədər yalan müşaiət edir. Şairlərin məcazi mənada işlətdikləri "yalan dünya" ifadəsi bu gün Azərbaycanda gerçək olub.
Rus yazıçısı L.Laginin uşaqlar üçün yazdığı "Qoca Xəttabıç" nağıl-povestində çox ibrətamiz bir epizod var - Xəttabıç elə edir ki, qonşu uşağı yalan danışmaq istəyəndə hürməyə başlayır... Nə demək istədiyimi anladınız? Təsəvvür edin, bizim tayfa rejiminin başçıları yalan danışmaq istəyəndə hürməyə başlayırlar! Fantastika!!! Qısa müddətdə iki şeydən biri baş verməlidir - ya bunlar ürəkləri partlayana qədər hürməlidirlər, ya da ağıllarını başlarına yığıb yalan danışmamalıdırlar. İnanın ki, ikinci halda heç bir seçkiyə, referenduma, iqtidar dəyişikliyinə ehtiyac qalmaz. Çünki, yalan danışmadan heç bir ədalətsizlik, heç bir cinayət etmək mümkün deyil. Bütün cinayətlərin mayası yalandır. Yalan olmayan yerdə cinayət də yoxdur. Yalan aradan qalxan an bu yalançı rejim də çökəcək.
Stokholm,
25.03.2009
Müəllifin başqa yazıları:
- Azərbaycan xalqı, sən kimsən?
- Osmanlıcadan türkcəyə tərcüməni bilməm...
-
Təkliflərim qəbul olundu- MTN-nin İranın Nardaran qəsəbəsindəki şöbəsi
- Mən də prezidentə təşəkkür etmək istəyirəm
- Aktual yuxu və ya ilahi xəbərdarlıq
- İlham Əliyev çox insaflı və gözütox imiş
-
Seçmək və seçilmək mədəniyyəti- 12-ci sinfin azərbaycan dili dərsi
- Azərbaycan siyasətində yeni - Avropa amili
- Rəzalət
- İBRƏT
- 20 Yanvar və şəhidlərin qanından pul qazananlar
- İlahi,
Azərbaycanı kimlər idarə edir!?
- İqtidarın dava-dava oyunu bizə nə vəd edir?