Mübariz S. Əzimli
Təkliflərim qəbul olundu
Mən də prezidentə təşəkkür edirəm
Hələ doğma vətənimdə yaşadığım zaman əlim dinc durmadı, götürdüm qələmi bir yazı yazdım və bu yazı "Bakı Xəbər" qəzetinin 9 oktyabr, 2003, N 036 sayında Ur Al (ortancıl oğlumun adıdır) imzası ilə çap olundu. Yazının adı "Azadlıq adası", leytmotivi "Yaşasın monarxiya" idi. Yazının qələmə alındığı günü deyə bilmərəm, amma çap olunduğu gündən düz 5 il 4 ay keçir...
O vaxt o yazını yazanda heç ağlıma da gəlməzdi ki, bir gün gələcək, uzaq İsveçdə oturub, bu yazıda irəli sürdüyüm təkliflərin qəbul olunduğunu eşidəcəyəm. Özü də ən yüksək səviyyədə! Gec də olsa, güc oldu!
Sözümün qəmbərqulusunu anlatmaq üçün bu yazını diqqətinizə çatdırıram:
"- Hə, nə olsun", deyə sual verməmək üçün bu xəbəri də oxumaq lazımdır:
Gördüyünüz kimi, prezident 5 il 4 ay bundan öncə verdiyim təklifləri tam və qəti şəkildə qəbul etmişdir, və bu istiqamətdə artıq əməli addımlar atılır. İnşallah, layihə həyata keçirilməyə başladıqda respublikada nə qədər YAP-çı, GAP-çı, GOP-çu var yığıb göndərəcəyik adaya. Bəlkə bu yolla onlardan xilas olduq. Çox çəkməz ki, Azadlıq adası dünyanın mərkəzinə çevrilər. Las Veqas bizim igidlərin qarşısında durum gətirməz. Necə deyərlər, çörəyi ver çörəkçiyə, üstündən də birin! Amerikada bir söz var, deyirlər, Amerika ona görə hamıdan irəlidədir ki, orada hər adama bacardığı işi tapşırırlar. Biz də deyəsən yavaş-yavaş amerikalaşırıq.
Stokholm,
03.02.2009